İkili Diplom Proqramları

İkili Diplom Proqramları

Bakı Mühəndislik Universitetinin (BMU) İkili Diplom Proqramları (İDP) tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, qlobal elmi biliklərə çıxış əldə etmək və iki nüfuzlu universitetin diplomu ilə karyeraya başlamaq imkanı yaradır. Proqram çərçivəsində tələbələr həm BMU-nun güclü mühəndislik bazasında, həm də tərəfdaş universitetlərin qabaqcıl tədris mühitində təhsil alaraq, müasir əmək bazarının tələblərinə uyğun çoxşaxəli bilik və bacarıqlar qazanırlar.

 

Hazırda BMU aşağıdakı ali təhsil müəssisələri ilə ikili diplom əməkdaşlığı həyata keçirir:

 

• INHA University (Cənubi Koreya)

 

Cənubi Koreyanın lider texnologiya universitetlərindən olan INHA University ilə əməkdaşlıq yüksək səviyyəli rəqəmsal mühəndislik, İT və aerokosmik sahələrdə qlobal standartlara uyğun təhsil imkanı yaradır. Tədris dili ingiliscədir və tələbələr təhsil müddətinin müəyyən hissəsini INHA kampusunda keçirlər.

 

• Beijing University of Chemical Technology (Çin)

 

Çinin Beijing University of Chemical Technology ilə əməkdaşlıq tələbələrə bu imkanları qazandırır:

- Qabaqcıl elmi nailiyyətlərdən və innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək.

- Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək.

- Tələbələrə beynəlxalq səviyyəli təhsilə çıxış imkanı vermək.

- Fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və laboratoriyalarla tanış olmaq imkanları yaratmaq.

 

İDP-nin Üstünlükləri

 

- İki beynəlxalq diplom: BMU və tərəfdaş universitetdən.

- Qlobal karyera imkanı: beynəlxalq şirkətlərdə üstünlük qazandıran profil.

- Müasir tədris: yüksək texnologiyalı laboratoriyalar, innovativ tədris metodları.

- Beynəlxalq təcrübə: tələbələr müxtəlif ölkələrdə yaşayır, yeni bilik və mədəniyyətləri öyrənirlər.

- İşəgötürənlərlə güclü əlaqələr: aparıcı şirkətlərdə təcrübə və əməkdaşlıq imkanları.

 

İDP, qlobal mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlərdə lider olmaq istəyən tələbələr üçün mükəmməl seçimdir.

BMU-İNHA İkili Diplom Proqramı

BMU-İNHA İkili Diplom Proqramı

Ətraflı
BMU-PKTU İkili Diplom Proqramı

BMU-PKTU İkili Diplom Proqramı

Ətraflı
İkili Diplom Proqramları | BEU