Tələbə Həmkarlar İttifaqı Komitəsi

Tələbə Həmkarlar İttifaqı Komitəsi Banner

Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin sosial, ictimai, mədəni, intellektual və peşəkar inkişafının dəstəklənməsi, onların universitet həyatında fəal iştirakının təmin edilməsi və tələbə təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradılması istiqamətində fəaliyyət göstərən tələbə təşkilatıdır.

 

THİK Bakı Mühəndislik Universiteti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nəzdində fəaliyyət göstərir. Komitə tələbələrin hüquq və maraqlarının təmsil olunmasına dəstək göstərir, tələbələr arasında əməkdaşlıq və həmrəylik mühitinin formalaşmasına, onların şəxsi və peşəkar bacarıqlarının inkişafına yönəlmiş layihə, tədbir və təşəbbüslərin həyata keçirilməsinə şərait yaradır.

 

THİK-in fəaliyyəti tələbələrin müxtəlif maraq və bacarıqlarını əhatə edən istiqamətlər üzrə təşkil olunur. Komitənin nəzdində fəaliyyət göstərən klublar və fakültə üzrə tələbə strukturları tələbələrin təşəbbüslərinin dəstəklənməsinə, praktiki bacarıqlarının inkişafına və universitetin ictimai həyatında fəal iştirakına imkan yaradır.

 

Təşkilati struktur

THİK-in fəaliyyəti qarşılıqlı əməkdaşlıq və koordinasiyaya əsaslanan təşkilati struktur vasitəsilə həyata keçirilir. Bu struktur tələbələrin müxtəlif səviyyələrdə fəaliyyətə cəlb olunmasına, təşəbbüslərin əlaqələndirilməsinə və layihələrin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır.

 

THİK sədri

Komitənin fəaliyyətinə ümumi rəhbərliyi və koordinasiyanı həyata keçirir, əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, tələbə təşəbbüslərinin və layihələrinin inkişafını dəstəkləyir.

Sədr: Əli Hüseynov Vüqar oğlu

 

THİK İdarə Heyəti

Komitənin fəaliyyət istiqamətlərinin əlaqələndirilməsində, layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsində, tələbə məsələlərinin müzakirəsində və Komitənin gündəlik fəaliyyətinin təşkilində iştirak edir.

 

Klub sədrləri

THİK nəzdində fəaliyyət göstərən klubların fəaliyyətinə rəhbərlik edir, klubun fəaliyyət istiqamətlərini müəyyənləşdirir, layihə və tədbirlərin təşkilini koordinasiya edir və klubun THİK ilə qarşılıqlı fəaliyyətini təmin edir.

 

Klub idarə heyətləri

Klub sədrlərinin rəhbərliyi ilə fəaliyyət göstərən idarə heyətləri klubun layihə, tədbir və digər təşəbbüslərinin hazırlanması və həyata keçirilməsində iştirak edir. İdarə heyətləri klubun müxtəlif fəaliyyət istiqamətlərinin təşkilinə və əlaqələndirilməsinə dəstək göstərir.

 

Fakültə sədrləri

Fakültələr üzrə tələbələr və THİK arasında əlaqələndirici rolunu həyata keçirir. Tələbə təşəbbüslərinin dəstəklənməsi, tələbələrin Komitənin fəaliyyətinə cəlb olunması və THİK-in fəaliyyət istiqamətlərinin fakültələr üzrə əlaqələndirilməsi prosesinə töhfə verir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi | BEU