Bakı Mühəndislik Universitetində kampus həyatı canlı və rəngarəngdir. Tələbə klubları, elmi birliklər, mədəni festivallar və müasir idman qurğuları şəxsi inkişafı, əməkdaşlığı və innovasiyanı dəstəkləyir. Qoşulun, liderlik edin və uğur qazanın.

Tələbə Klubları
Tələbələrin sosial və elmi həyatının zənginləşməsində, dərslərdən əlavə bilik və bacarıqlarının dərinləşməsində, həmçinin tələbəlik həyatının xoş və əyləncəli keçməsində universitetin klubları çox əhəmiyyətli rol oynayır.
Ətraflı
Yeməkxana
Universitet tələbələri və müəllimləri üçün gündəlik menyu təqdim edən yeməkxana, eləcə də hər tədris binasında ayrıca müasir kafeteriya fəaliyyət göstərir.
Ətraflı
Yataqxana
Universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir.
Ətraflı
Tibbi və Psixoloji Xidmətlər
Bakı Mühəndislik Universitetində tələbələrə yalnız akademik deyil, eyni zamanda psixoloji xidmətin göstərilməsi prioritet məsələlərdən biridir.
Ətraflı
İdman
Tələbələrin fiziki olaraq tonusda qalmaları üçün universitetdə idman zalından futbol meydançasına kimi imkanlar mövcuddur.
Ətraflı
Bədii yaradıcılıq
Bakı Mühəndislik Universitetinin (BMU) mədəni həyatı özünəməxsusluğu ilə seçilir.
Ətraflı
Həmkarlar Komitəsi
Komitə kollektivin asudə vaxtlarının səmərəli keçirilməsini və mədəni-kütləvi tədbirlərdə iştirakını təşkil edir və eləcə də üzvlərin sosial müdafiəsinin gücləndirilməsinə köməklik göstərir.
Ətraflı
Qadınlar Şurası
Şuranın məqsədi universitetdə təhsil alan tələbə qızların, habelə burada çalışan professor-müəllim və işçi qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək etmək, qayğı göstərmək, mövcud problemlərlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmaqdır.
Ətraflı
Tələbə Gənclər Təşkilatı
Tələbələrin özlərinin idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatının əsas məqsədləri tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir.
Ətraflı
Tələbə Elmi Cəmiyyəti
Tələbərə yönəlik layihələr, seminarlar, elmi festivallar və yarışların həyata keçirilməsi, tələbələri gələcək həyata hazırlayan təşkilat!
Ətraflı
Tələbə Həmkarlar İttifaqı Komitəsi
Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin hüquqlarını qoruyan təşkilatdır.
Ətraflı