Təkrar Ali Təhsil
Bakı Mühəndislik Universiteti 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
Bakı Mühəndislik Universiteti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na uyğun olaraq, 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir.
| № | Kod | İxtisas / Proqram | |||
|---|---|---|---|---|---|
| Azərbaycan Bölməsi Əyani | Azərbaycan Bölməsi Qiyabi | İngilis Bölməsi Əyani | |||
| 1 | 6002001 | Beynəlxalq münasibətlər | + | ||
| 2 | 6003003 | Dekorativ - tətbiqi sənət (bədii keramika, şüşə, xalça, bədii toxuculuq) | + | ||
| 3 | 6003005 | Dizayn (İnteyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı) | + | + | |
| 4 | 6004001 | Beynəlxalq ticarət və logistika | + | + | |
| 5 | 6004002 | Biznesin idarə edilməsi | + | + | + |
| 6 | 6004003 | Dövlət və bələdiyyə idarəetməsi | + | + | |
| 7 | 6004004 | İqtisadiyyat | + | + | + |
| 8 | 6004005 | Maliyyə | + | + | + |
| 9 | 6004006 | Marketinq | + | + | + |
| 10 | 6004008 | Mühasibat | + | + | + |
| 11 | 6005005 | Fizika | + | + | |
| 12 | 6005008 | Kimya | + | + | |
| 13 | 6005009 | Kompüter elmləri | + | + | |
| 14 | 6005011 | Riyaziyyat | + | ||
| 15 | 6006005 | Data analitikası | + | ||
| 16 | 6006007 | Ekologiya mühəndisliyi | + | + | |
| 17 | 6006008 | Elektrik və elektronika mühəndisliyi | + | + | |
| 18 | 6006009 | Energetika mühəndisliyi | + | ||
| 19 | 6006016 | İnformasiya texnologiyaları | + | + | + |
| 20 | 6006017 | İnformasiya təhlükəsizliyi | + | + | |
| 21 | 6006018 | İnşaat mühəndisliyi | + | + | |
| 22 | 6006020 | Kimya mühəndisliyi | + | + | |
| 23 | 6006021 | Kommunikasiya sistemləri mühəndisliyi | + | ||
| 24 | 6006022 | Kompüter mühəndisliyi | + | + | |
| 25 | 6006023 | Qida mühəndisliyi | + | ||
| 26 | 6006025 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi | + | + | |
| 27 | 6006026 | Maşın mühəndisliyi | + | ||
| 28 | 6006028 | Mexanika mühəndisliyi | + | + | |
| 29 | 6006029 | Mexatronika və robototexnika mühəndisliyi | + | ||
| 30 | 6006031 | Memarlıq | + | + | |
| 31 | 6006036 | Nəqliyyat mühəndisliyi | + | ||
| 32 | 6006037 | Nəqliyyat tikintisi mühəndisliyi | + | ||
| 33 | 6006038 | Proqram təminatı mühəndisliyi | + | + | |
| 34 | 6006039 | Proseslərin avtomatlaşdırılması mühəndisliyi | + | + | |
| 35 | 6006040 | Radiotexnika və telekommunikasiya mühəndisliyi | + | ||
| 36 | 6006041 | Sənaye mühəndisliyi | + | + | |
| 37 | 6006042 | Şəhərsalma | + | ||
| 38 | 6006043 | Şərabçılıq | + | + | |
| 39 | 6008005 | Nəqliyyatda servis (Avtomobil nəqliyyatı üzrə) | + | + | |
| 40 | 6008008 | Turizm işinin təşkili | + | + | |
| 41 | 6006046 | Daşınmaz əmlakın idarəolunması | + | ||
Müraciət prosesi
Təkrar ali təhsilə tələbə qəbulu https://portal.edu.az vasitəsilə həyata keçirilir. Portal vasitəsilə müraciətin cari statusunun izləmək, prosesin mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.
Portala yüklənməsi tələb olunan sənədlər
• Ali təhsil haqqında sənəd: diplom və ona əlavə
• Xarici ölkə məzunları üçün: ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd