BMU-da Scopus və ProQuest Central üzrə təlim

13 fevral 2026
BMU-da Scopus və ProQuest Central üzrə təlim

Bakı Mühəndislik Universitetində (BMU) tədqiqatçılar üçün Scopus və ProQuest Central elmi məlumat bazalarından səmərəli istifadə qaydalarına dair təlim təşkil olunub.

 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu istiqamətinə (Sənaye, innovasiya və infrastruktur) uyğun olaraq keçirilən təlimin əsas məqsədi tədqiqatçıların elmi informasiya savadlılığını artırmaq, onların rəqəmsal elmi infrastruktura çıxış imkanlarını genişləndirmək və innovativ tədqiqat mühitinin formalaşmasına töhfə vermək olub.

 

Tədbirdə BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov elmi məqalələrin analizi, sitat göstəricilərinin (istinad sayı, h-indeks və s.) qiymətləndirilməsi, beynəlxalq elmi bazalarda effektiv axtarış strategiyalarının qurulması barədə ətraflı məlumat verib. O, həmçinin elmi resurslardan düzgün və etik istifadə prinsiplərini izah edib, beynəlxalq elmi mühitdə tanınmanın artırılması və tədqiqat fəaliyyətinin keyfiyyət göstəricilərinin yüksəldilməsi yollarına toxunub.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

BMU-da Scopus və ProQuest Central üzrə təlim | BEU