Bu gün görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.
Ulu öndər Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atıb. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrilib. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi.