Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində Beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil alan tələbələr üçün “Azərbaycanda real karyera imkanları” mövzusunda seminar təşki olunub.
Karyera planlaması fənni çərçivəsində baş tutan seminarda “SG Logistics” müstəqil nəqliyyat və logistika şirkətinin İcraçı direktoru Hicran Novruzov çıxış edib.
Şirkət rəsmisi çıxışında son 5 ildə ən aktiv fəaliyyət sahəsinə çevrilən logistikanın müasir dövrdə əhəmiyyəti, kadr hazırlığı, ixtisaslı mütəxəssislərə duyulan tələbat, iş imkanları, həmçinin bu sahədə şəxsi təcrübəsi haqda məlumat verib.
H.Novruzov azad iqtisadı zonalar və logistikanın əlaqəsi, tədarük zənciri, təhlükəsiz və etibarlı daşıma xidmətlərinin təşkili, logistika əməliyyatlarının mərhələləri, müştərilərə təklif olunan optimal həllər və s. kimi məsələlər haqda da ətraflı danışıb.
Tələbələrlə diskussiya şəklində davam edən seminarda onları maraqlandıran suallar əhatəli cavablandırılıb.
Qeyd edək ki, Beynəlxalq ticarət və logistika-cari ildən etibarən bakalavr pilləsində kadr hazırlığı aparılan yeni ixtisaslar sırasında yer alır.
İctimaiyyətlə əlaqələr şöbəsi