Tələbələr üçün "Komanda işi və problem həll etmə" mövzusunda təlim

22 Noyabr 2023
Tələbələr üçün "Komanda işi və problem həll etmə" mövzusunda təlim

Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Komanda işi və problem həll etmə” mövzusunda təlim keçirilib. Təlimdə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat, maliyyə və iqtisadiyyat ixtisaslarında təhsil alan III kurs tələbələri iştirak edib.

Yumşaq bacarıqlar fənni çərçivəsində keçirilən təlimdə biznes təlimçi və konsultant İlham Yusifov çıxış edib.

Təlimçi təqdimatında komanda təcrübəsi, komanda daxilində fəal iştirak üçün lazım olan bacarıq və keyfiyyətlərdən, idarəetmə sahəsində başlıca trendlərdən danışıb. Eyni zamanda çevik yanaşmalar, emosional intellekt, inklüziv liderlik - bərabər imkanlar, məsafədən idarəetmə, rəqəmsal transformasiyalar, süni intellekt, dayanıqlıq və ətraf mühit, qloballaşma, məsafədən iş və s. məsələlərlə bağlı əsas anlayışlar izah edilib.

Auditoriya ilə diskusiya şəklində davam edən təlim tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər