Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağda ekoloji terror ” mövzusunda seminar keçirilib.
Öncə adıçəkiən kafedranın dosenti Bilal Dədəyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, həmçinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məlumat verib. Bununla yanaşı, ölkəmizin ekoloji tarazlığın və ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində gerçəkləşdirdiyi mühüm tədbirlər barədə danışıb.
Sonra universitetin Biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsi Esmira İbrahimovanın mövzu ilə əlaqədar təqdimatı dinlənilib. Təqdimatda “Qarabağın təbiəti və coğrafiyası”, “Qarabağ işğaldan əvvəl və sonra”, “Müharibənin ekoloji təsirləri”, “Mədənçilik və sənaye çirklənməsi”, “Qarabağda ekosid”, “Ekoloji bərpa və mühafizə proqramları” istiqamətlərinə geniş yer ayrılıb.
Tədbirdə mövzu ilə bağlı diskussiya aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi