Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində elmi-metodiki seminarların təşkili davam edir. Bu istiqamətdə keçirilən növbəti tədbir “Müasir dövrdə tədarük zəncirinin idarə edilməsində ortaya çıxan tendensiyalar" mövzusuna həsr olunub.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Biznesin idarə edilməsi kafedrasının müdiri Nəsimi Kamalov mövzunun aktuallığı, eyni zamanda bu qəbildən olan elmi-metodiki seminarların ana xəttini təşkil edən istiqamətlər üzrə araşdırmaların aparılmasının əhəmiyyətindən danışıblar.
Sonra məruzəçi – adıçəkilən kafedranın əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru İntiqam Bəşirov təqdimatla çıxış edib. Təqdimatda tədarük zəncirinin idarə edilməsində istehlakçı maraqları, tədarük zəncirinin mərhələləri və əhəmiyyəti, o cümlədən xammal və komponentlərin tədarükü, istehsal və montaj, saxlama, ehtiyata nəzarət və s. bu kimi məsələlər ətraflı diqqətə çatdırılıb.
Tədarük zənciri üzrə makro və mikro risklərdən də söz açan İ.Bəşirov mümkün riskləri konkret nümunələr əsasında izah edib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi