Şagirdlər Bakı Mühəndislik Universiteti ilə tanış olublar

16 Oktyabr 2023
Şagirdlər Bakı Mühəndislik Universiteti ilə tanış olublar

Bakı şəhəri Suraxanı rayonu Məzahir Bayramov adına 196 nömrəli və Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin IX-X sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Universiteti gəzən məktəblilərə kitabxana, laboratoriyalar, yataqxanalar, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanlar barədə məlumat verilib. Bundan başqa, şagirdlər Material və metalloqrafiya laboratoriyasında aparılan təcrübəni izləyiblər.

Sonra universitetin Akt zalında şagirdlərlə görüş təşkil edilib. Görüşdə BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov BMU-nun müasir infrastrukturu, burada tədris olunan ixtisaslar, düzgün karyera seçimi və s. haqda danışıb, eyni zamanda ixtisas seçimi ilə bağlı zəruri tövsiyələrini verib.  

Sonda məktəbliləri maraqlandıran suallara aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər