Rumıniyanın Oradea Universitetinin əməkdaşları Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) bir həftəlik təlim xarakterli səfərdə olublar.
BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan səfərdə Oradea Universitetini iqtisadi elmlər üzrə prorektor Anca Otilia Dodescu və Kompüterlər və İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı Daniela-Elena Popescu təmsil edib.
Səfər çərçivəsində qonaqlar BMU-nun tədris binaları, Texnoparkı ilə yaxından tanış olublar, eyni zamanda Mühəndislik fakultəsinin Kompüter və İnformasiya texnologiyaları kafedrasının əməkdaşları ilə görüşlər keçiriblər. Qonaqlar təmsil etdikləri universitet, həmçinin universitetin İnformasiya texnologiyaları kafedrası haqda geniş təqdimatla çıxış ediblər.
Oradea və BMU arasında akademik heyət və tələbə mübadiləsi, elmi konfranslarda iştirak və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər də səfər zamanı diqqət mərkəzində olub.
İctimaiyyətlə əlaqələr şöbəsi