Qadınlar Şurası xeyriyyə aksiyası keçirib

29 Dekabr 2019
Qadınlar Şurası xeyriyyə aksiyası keçirib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xeyriyyə aksiyası keçirilib. Şura tərəfindən universitetin Təsərrüfat şöbəsinin işçilərinə ərzaq yardımı göstərilib.

Qadınlar Şurasının sədri Ətrabə Gül bildirib ki, qurum fəaliyyətə başladığı gündən universitetin ictimai-sosial həyatında aktiv rol oynayır. Şura tərəfindən mütəmadi  olaraq universitetin inzibati işçiləri üçün maarifləndirici və xeyriyyəçilik tədbirləri keçirilir. Eyni zamanda, Qadınlar Şurası kollektivdə ehtiyacı olan şəxsləri müəyyən edir və onlara lazımi köməklik göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər