Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının növbəti tədris-metodik iclası keçirilib.
Kafedranın müdiri, dosent Bilal Dədəyev iclasın gündəliyində duran vacib məsələləri iştirakçıların nəzərinə çatdırıb.
İclasda fənn sillabuslarının hazırlanması qaydaları, dərslərdə nizam-intizam qaydalarına riayət edilməsi, tələbə müəllim münasibətlərində elmi-pedaqoji meyarların üstün tutulması, tələbə sorğularının nəticələrinə diqqətlə yanaşılması, müəllimlərin elmi fəaliyyəti ilə əlaqədar proseslər müzakirə edilib. Müzakirlər zamanı Memarlıq və inşaat fakültəsinin Elmi Şurasının iclasında qərara alınmış ən son tövsiyələrin nəzərə alınmasının vacibliyi xüsusi qeyd edilib.
Kafedranın baş müəllimi Yalçın Zeynalov yeni pedaqoji fəaliyyətə başlayan əməkdaşlara elektron sistemdən istifadə ilə bağlı müvafiq təlimatı təqdim edib.
İclasda, həmçinin 2020-ci ilin aprel ayında keçiriləcək ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı üçün məqalələrin hazırlanması qaydaları haqqında da məlumat verilib.
Sonda B.Dədəyev müzakirə edilmiş məsələlərlə bağlı kafedranın əməkdaşlarına öz tövsiyələrini verib və onlara yeni semestrdəki fəaliyyətlərində uğurlar arzulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi