Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 13 may 2020-ci il tarixində “Nə üçün kiber təhlükəsizlik üzrə mütəxəssis lazımdır?” mövzusunda növbəti “UniTalks” görüşü keçiriləcək.
İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubovun moderatorluğu ilə BMU-nun Texnopark və İnnovasiya Mərkəzinin feysbuk səhifəsində (https://www.facebook.com/beutechnopark/) saat 18:00-da canlı yayımlanacaq görüşün qonağı kiber təhlükəsizlik üzrə ekspert Sefa Bakan olacaq.
Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq artıq bir müddətdir ki, Texnopark və İnnovasiya Mərkəzi “UniTalks” görüşləri onlayn şəkildə keçirir.
İctimaiyyətlə əlaqələr şöbəsi