Mühəndislik fakültəsində imtahan sessiyası ilə bağlı məlumatlandırma tədbiri keçirilib

29 Dekabr 2022
Mühəndislik fakültəsində imtahan sessiyası ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində fakültə müəllimləri ilə görüş keçirilib.

Tədbir 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı müvafiq məlumatlandırma və müzakirələrin aparılması məqsədilə təşkil olunub.

Fakültənin dekanı, dosent Hüseyn Mirzəyev müəllimlər üçün imtahan təlimatı, imtahan prosesi ilə bağlı vacib məqamlara bir daha aydınlıq gətirib.

Dekan imtahan suallarının tərtibi, tələbələr üçün nəzərdə tutulan imtahanqabağı məsləhət saatlarında müəllim və tələbələrin iştirakının təmin olunması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və s. məsələlərə ciddi riayət edilməsini tövsiyə edib, imtahan sessiyasının şəffaf gedişinə cavabdeh olan nəzarətçi müəllimlərin diqqətinə müvafiq təlimatları çatdırıb.

Görüş mövzu ilə bağlı məsələlərin müzakirəsi ilə başa çatıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər