Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib.
Fakültənin dekanı Afər Əlifov tədris prosesinin təşkili ilə bağlı tələbələri maraqlandıran məsələlərin birgə müzakirə edilməsi baxımından görüşün əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən tədris işləri üzrə dekan müavini Pərviz Məmmədov, elm və tərbiyə işləri üzrə dekan müavini Vüqar Muradov tədris, tərbiyə və nizam-intizam məsələlərinə toxunublar.
Tədbir səslənən müxtəlif rəy və təkliflərin müzakirəsi, tələbələrin suallarının cavablandırılması ilə sona çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi