Məktəblilər BMU-da ekskursiyada olublar

29 May 2024
Məktəblilər BMU-da ekskursiyada olublar

Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

Şagirdlərin BMU ilə yaxından tanışlıq məqsədi daşıyan tədbirlərin davamı olaraq təşkil edilən növbəti ekskursiya zamanı ali təhsil ocağının maddi-texniki bazası ilə bağlı ətraflı məlumat verilib. Məktəblilərə, həmçinin universitetin ingilis dilinin üstünlük təşkil etdiyi tədris prosesi, fakültə və ixtisasları haqda zəruri informasiyalar təqdim olunub.  

Sonra şagirdlər universitetin Texnoparkını, müasir laboratoriyalarını gəziblər və burada bir sıra təcrübələri əyani şəkildə izləyiblər.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər