2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul olanların qeydiyyatının aparılmasına start verilib. Bunun üçün tələb olunan sənədlərin onlayn qəbulu üçün sənədlərin skan edilmiş surətləri aşağıdakı qeydiyyat formasına yüklənməli və ya qeyd olunan ünvana göndərilməlidir:
· Məsul şəxs- Abdurəhmanova Ülkər Sərdər qızı
· E-mail: uabdurahmanova@beu.edu.az
Sənədlərə təhsil haqqını ödədiyinə dair qəbzin skan surəti də əlavə olunmalıdır.
"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsinin hüquqi ünvanı və bank rekvizitləri
Qeydiyyatın aparılması üçün tələb olunan sənədlər:
· Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi bilet (oğlanlar üçün)
· İllik təhsil haqqını ödədiyinə dair qəbz
· Cari ilin məzunları üçün məzun olduqlarına dair arayış, əvvəlki illərin məzunları üçün diplom və əlavəsi (notarial təsdiq)
· 3/4 şəkil
· Şəxsiyyət vəsiqəsi
· DİM-in vermiş olduğu iş nömrəsi və istifadəçi adı
(Qeydiyyat müddəti 04.09.2020-09.09.2020)
Xatırladaq ki, sənədlərlə bağlı daha ətraflı məlumatları göstərilən linkə (http://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-pillesine-daxil-olmus-bakalavrlarin-nezerine-46) daxil olmaqla əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi