Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan I və ll kurs tələbələrinin bir qrupu NORM Sement zavodunda olublar.
Ali təhsil ocağının Müəssisələrlə əlaqələr və karyera departamentinin BMU Kimya Mühəndisləri Cəmiyyətinin (Society of Chemical Engineers-SChE) üzvləri ilə birgə təşkil etdiyi gəzinti zamanı tələbələrə zavodun əməkdaşları tərəfindən təhlükəsizlik qaydaları haqda zəruri informasiyalar verilib.
Sonra tələbələr zavodun laboratoriyalarında aparılan işlərlə, sement istehsalı prosesi ilə bağlı ətraflı məlumatlar əldə ediblər. Onları maraqlandıran məsələlərə zavod əməkdaşları tərəfindən aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi