İyunun 23-də Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək

22 İyun 2023
İyunun 23-də Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək

Sabah (iyunun 23-də) Bakı Mühəndislik Universitetində (BMU) “Məzun günü” keçiriləcək. 

Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin iştirak edəcəyi tədbir saat 18:00-da universitetin əsas binasının qarşısında  təşkil olunacaq. 

“Məzun günü”ndə rəsmi çıxışlardan sonra cari tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birinciləri, o cümlədən universitet birincisi mükafatlandırılacaq.

Mərasim bədii proqramla davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər