Hər bir Azərbaycan vətəndaşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibənin ilk günündən bütün hadisələrin gedişini fəxrlə izləyir və müzəffər Ordumuzun qazandığı qələbələr, əldə etdiyi uğurlar hamının sonsuz sevincinə səbəb olur. Doğulub, boya-başa çatdıqları torpaqların işğaldan azad olunması xəbərlərini eşidən vətəndaşlarımız isə ikiqat sevinc hissləri keçirirlər.
30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan və bu günü səbrsizliklə gözləyən vətəndaşlarımız içərisində BMU-nun əməkdaşları da var. Onlar bu uğurların müəllifi olan Azərbaycan Ordusuna, onun Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi