İqtisadiyyat və idarəetmə fakültəsində genişləndirilmiş iclas keçirilib

30 Dekabr 2022
İqtisadiyyat və idarəetmə fakültəsində genişləndirilmiş iclas keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində genişləndirilmiş iclas keçirilib.

Tədbirdə fakültənin dekanı Mayis Əzizov, dekan müavinləri Xanlar Heydərov, Elsevər İbadov və Fərid Cəbiyev çıxış ediblər. Çıxışlarda cari tədris ilində semestrin yekunlarına dair hesabatlar dinlənilib, qış imtahan sessiyasının təşkili, imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradılması, tələbələrin biliyinin qiymətləndirilməsi məsələlərinə toxunulub.

İclasda müəllimlərin elmi araşdırmaları, elmi məqalələrin beynəlxalq jurnallarda nəşr olunması, elmi-metodiki seminarların təşkili  və s. mövzular da diqqətə çatdırılıb.

Tədbir qeyd olunan istiqamətlərdə müzakirələrlə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər