Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə növbəti xeyriyyə aksiyası keçirib.
Şura tərəfindən Biləcəri qəsəbəsində yataqxanada yaşayan imkansız bir ailə ziyarət olunub, onlara maddi və ərzaq yardımı göstərilib. Bu ziyarət ailənin yeganə qız övladı, gözdən əlil, sağlıq problemi hələ də davam edən 15 yaşlı Şəbnəmin sevincinə səbəb olub.
Ailə üzvləri göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi