I kurs tələbələrinin BMU ilə tanışlıq görüşləri keçirilir

10 Oktyabr 2020
I kurs tələbələrinin BMU ilə tanışlıq görüşləri keçirilir

Tələbələr üçün ingilis dilindən səviyyə müəyyənləşmə imtahanı təşkil olunur

Bakı Mühəndislik Universitetinə (BMU) bakalavr pilləsi üzrə qəbul olmuş I kurs tələbələrinin universitetlə tanışlıq görüşlərinin keçirilməsinə başlanılıb.

Görüşlərdə universitetin fəaliyyəti, o cümlədən maddi-texniki bazası, fakültələri, ixtisasları və ən müasir tələblərə cavab verən laboratoriyaları haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılır. Bununla yanaşı, Tələbə Məlumat Sistemi və ondan istifadə edilməsi barədə tələbələrə ətraflı informasiyalar verilir.

 Görüşlərdən sonra ingilisdilli ixtisaslara qəbul olmuş tələbələr üçün ingilis dilindən səviyyə müəyyənləşmə imtahanı təşkil olunur.

Tanışlıq görüşləri 15 oktyabr tarixinə kimi davam edəcək.

Mərhələli şəkildə təşkil olunan görüşlərdə, eləcə də ingilis dilindən səviyyə müəyyənləşmə imtahanlarında pandemiya vəziyyəti ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına ciddi əməl edilir.

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər