Erasmus+ layihələrinin yazılması və idarəolunması üzrə praktik seminar

30 Yanvar 2023
Erasmus+ layihələrinin yazılması və idarəolunması üzrə praktik seminar

Elm və Təhsil Nazirliyinin və Azərbaycan universitetlərinin nümayəndələrinin iştirakı ilə Erasmus+ layihələrinin yazılması və idarəolunması üzrə praktik seminar keçirilib.

Bakı Ali Neft Məktəbində (BANM) baş tutan tədbirə Bakı Mühəndislik Universitetinin (BMU Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova qatılıb.

Tədbirdə BANM rektoru Elmar Qasımov, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov çıxışlarında ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın artırılması, bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyi və s. məsələlərdən söz açıblar. Bununla yanaşı, Erasmus+ layihələrinin yazılması və idarəolunması üzrə praktik məlumatların öyrənilməsi məqsədilə keçirilən seminarın ali məktəblər üçün faydaları vurğulanıb.

Seminarda KA2 layihələrinin yazılması və idarə olunması (ECAR və EQAC layihələri), layihələrin büdcəsinin yazılması barədə çıxışlar dinlənilib.

Tədbir praktik sessiyalarla işini davam etdirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər