Erasmus+K mübadilə proqramı ilə bağlı tədbir keçirilib

07 Yanvar 2024
Erasmus+K mübadilə proqramı ilə bağlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Erasmus+K beynəlxalq mübadilə proqramı ilə bağlı növbəti tədbir keçirilib.

Tədbirdə universitetin Pedaqoji fakültəsinin İngilis dili kafedrasının əməkdaşı Aysel Soltanovanın proqram çərçivəsində İtaliyanın Sapienza Universitetinə səfərinin nəticələri müzakirə edilib.

Geniş təqdimatla çıxış edən BMU əməkdaşı Sapienza Universitetinin professor-müəllim heyəti ilə görüşü, həmçinin sözügedən ali təhsil müəssisəsində oxudugu mühazirələrdən söz açıb, qazandığı təcrübəni iştirakçılarla bölüşüb.

Təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər