Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsi üzrə doktorant və dissertant müəllimlərin elmi işlərinin mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov fakültədə çalışan və elmi dərəcəsi olan müəllimlərin statiskasını açıqlayıb. Elmi dərəcə almağın üstünlüklərindən danışan dekan elmi iş müdafiə etməyin işçinin motivasiyası baxımından da əhəmiyyətə malik olduğunu vurğulayıb. O, elmi işlərin vaxtında müdafiəsi üçün hər bir doktorant və dissertanta lazımi dəstəyin göstərilməsi məqsədilə müvafiq mövzularla bağlı aylıq seminarların təşkil olunmasının vacibliyini vurğulayıb.
Sonra doktorant və dissertantların hər biri öz elmi işlərinin hazırki vəziyyəti barədə məlumat verib, qarşıda qoyulmuş məqsəd və vəzifələr haqqında danışıblar.
Sonda elmi işlərin yazılmasında yarana biləcək problemlər ətrafında geniş müzakirələr aparılıb və müxtəlif təkliflər səsləndirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi