Dövlət İmtahan Mərkəzi abituriyentlərin qeydiyyat müddətini uzadıb

08 Oktyabr 2020
Dövlət İmtahan Mərkəzi abituriyentlərin qeydiyyat müddətini uzadıb

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə qəbul olan abituriyentlərin qeydiyyatını 12  oktyabr 2020-ci il tarixinədək uzadıb.  Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olan abituriyentlər qeyd olunan tarixədək  onlayn formada qeydiyyatdan keçməlidirlər.

Onlayn qeydiyyatın aparılması üçün zəruri məlumat və tələb olunan sənədlərin siyahısı BMU-nun rəsmi saytında (http://beu.edu.az/az/page/bakalavr-tehsili-40/) yerləşdirilib. 

Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

 

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər