Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələr və karyera departamentinin təşkilatçılığı ilə tələbələr üçün “Data analitikada vizuallaşdırmanın əhəmiyyəti” adlı təlimlərə başlanılıb.
“Gələcəyin peşəsini öyrən” layihəsi çərçivəsində keçirilən ilk təlimdə “Handex” MMC-nin rəhbəri Rəşad Qurbanov tələbələrə proqram təminatı, data analitikası, süni intellekt kimi gələcəyin ixtisasları barədə ətraflı məlumat verib.
Tələbələrlə interaktiv formatda keçirilən təlimdə R.Qurbanov data anlayışı, data məlumatların əldə olunması, data analizi, eləcə də data analizinin biznesdə faydaları haqqında dolğun informasiyalar təqdim edib.
Təlimdə, həmçinin tələbələrə “Data analitikasının yol xəritəsi” məlumat vərəqələri də paylanılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi