“Cloud Essentials” mövzusunda vebinar keçirilib

18 Fevral 2021
“Cloud Essentials” mövzusunda vebinar keçirilib

 

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Club) “Cloud Study Jam” adlı növbəti vebinarı baş tutub.

Vebinar “Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun qrup rəhbəri Nicat Mehdiyevin moderatorluğu ilə keçirilib.

Görüşdə Google Cloud üzrə mentor A.Emirhan Güleç “Cloud Essentials” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, Cloud texnologiyası internet üzərindən kompüter xidmətlərinin daha sürətli, innovativ və iqtisadi baxımdan miqyaslandırılması deməkdir.

A.Emirhan Güleç Cloud texnologiyasının istifadəçilərə təqdim etdiyi xidmət modellərindən söz açıb, onlar haqqında ayrı-ayrılıqda ətraflı məlumat verib. O, təqdimatında bu texnologiyanın üstünlüklərinə və hansı sahələrdə istifadə olunmasına da toxunub.

Qeyd edək ki, BMU üzrə Google Proqramçı Tələbələr Klubu haqqında məlumatları klubunun feysbuk səhifəsindən (Developer Student Club -Baku Engineering University) əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər