BMU-ya yeni qəbul olunan əcnəbi tələbələr üçün “City tour” təşkil olunub

20 Oktyabr 2023
BMU-ya yeni qəbul olunan əcnəbi tələbələr üçün “City tour” təşkil olunub

Bakı Mühəndislik Universitetinə (BMU) 2023/2024-cü tədris ilində qəbul olunan əcnəbi tələbələr üçün “City tour” təşkil edilib.

Tədbir xarici tələbələri Azərbaycanın tarixi, mədəniyyəti, o cümlədən maddi və qeyri-maddi mədəni irsi ilə yaxından tanış etmək məqsədi daşıyıb.

Tur çərçivəsində Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, eyni zamanda Şəhidlər Xiyabanında olan tələbələrə baş çəkdikləri bütün məkanlar barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, cari tədris ilində BMU-da təhsil almaq hüququ qazananlar arasında Türkiyə, Filippin, Nigeriya, Liberiya, Çad, Hindistan, Yəmən, Pakistan respublikalarının vətəndaşları yer alır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər