Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının üzvləri (TGT) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının dəstək verdiyi aksiya Abşeron rayonunun Hökməli qəsəbə ərazisində həyata keçirilib.
Tədbir ölkədə ekoloji mühitin sağlamlaşdırılması və qorunması, Ulu Öndərin yaşıllaşdırma ənənələrin davam etdirilməsi, həmçinin cəmiyyətdə ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliği məqsədi daşıyıb.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və təşkilatın əməkdaşlarının, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Yusif Sadıqov və aparatın məsul şəxslərinin qoşulduğu aksiyada BMU tələbələri ilə yanaşı, gənc könüllülər də iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi