BMU tələbəsi Sinqapurda təqaüdlə birbaşa doktoranturaya qəbul olub

28 Sentyabr 2023
BMU tələbəsi Sinqapurda təqaüdlə birbaşa doktoranturaya qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Lamiyə Rəhimova bakalavr pilləsindən birbaşa doktorantura səviyyəsi üzrə Sinqapur Milli Universitetinə  (Material science and engineering ixtisası) qəbul olub və tam təqaüd qazanıb.

L.Rəhimova 1 il Tədqiqat mühəndisi (Research engineer) vəzifəsində işlədikdən sonra PhD təhsilinə başlayacaq. BMU tələbəsinin qazandığı təqaüdün (4 illik) məbləği 136 550 ABŞ dolları təşkil edir.

BMU məzunu, həmçinin   “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib (Edinburq Universiteti) və “Halliburton” şirkətindən iş təklifi alıb.

2019-2020-ci tədris ilində BMU-nun Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasına (tədris ingilis dilində) 630 balla daxil olan L.Rəhimova bakalavriat səviyyəsini 94.71 ortalama müvəffəqiyyət göstəricisi və fərqlənmə diplomu ilə bitirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər