BMU tələbələrindən “Zəfər festivalı-2” idman yarışlarında uğurlu nəticələr

29 May 2024
BMU tələbələrindən “Zəfər festivalı-2” idman yarışlarında uğurlu nəticələr

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Zəfər festivalı-2” adlı idman yarışlarında uğurlu nəticələr qazanıblar.

Universitetin tələbələrdən ibarət komandaları futzal və voleybol üzrə 2-ci yeri, stolüstü tennis və şahmat üzrə (qızlar və oğlanlar) yarışlarda isə 3-cü yeri tutublar.

Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti, Bakı şəhər Gənclər və İdman idarəsi, həmçinin “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə mayın 4-dən 25-dək keçirilən idman yarışlarında ali təhsil müəssisələrinin tələbələrindən və əməkdaşlarından ibarət komandalar iştirak ediblər.

Yarışma stolüstü tennis, şahmat, futzal, voleybol və digər idman növləri üzrə keçirilib.

Festivalın bağlanış mərasimində qaliblər kubok, diplom və medallarla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər