BMU tələbələri üçün infotur təşkil edilib

18 Oktyabr 2023
BMU tələbələri üçün infotur təşkil edilib

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün növbəti infotur təşkil olunub.

Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin və Sahibkarlıq Akademiyasının birgə təşkilatçılığı ilə “Ulduz” Şokolad Fabrikinə baş tutan infoturda mühəndislik ixtisaslarında oxuyan tələbələr iştirak ediblər.

Ekskursiya zamanı tələbələrə fabrikin yaranma tarixi, yerli qida müəssisəsi kimi qənnadı bazarında tutduğu mövqe, istehsal qabiliyyəti, təcrübəsi, məhsulları və s. haqda məlumat verilib.

Sonra tələbələr fabrikdə istehsal prosesi ilə yaxından tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər