BMU tələbələri şəhidlərimizin xatirəsini yad ediblər

04 Dekabr 2020
BMU tələbələri şəhidlərimizin xatirəsini yad ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. Onlayn formada Ümumi kimya dərsinə tələbələr şəhidlərin şəkilləri və onların adları ilə daxil olublar.

Universitetin Pedaqoji fakültəsinin Biologiya müəllimliyi ixtisasının tələbələri də dərs zamanı profillərinə şəhidlərimizin fotolarını yerləşdirib onların adları ilə daxil olublar, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunan videoçarx hazırlayıblar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər