Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi kafedrasının tələbələri üçün növbəti təcrübə gəzintisi təşkil olunub.
Universitetin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması ixtisası üzrə təhsil alan magistrləri və ekologiya mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələri “Azərsu” ASC-nin nəzdində olan Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Onlara mexaniki, bioloji və kimyəvi təmizləmə mərhələlərini əyani müşahidə etmək imkanı yaradılıb.
Tələbələr sutəmizləyici stansiyada quraşdırılmış ən son SCADA sistemi barədə də ətraflı məlumatlandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi