Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 14 ali təhsil müəssisəsindən aidiyyəti mütəxəssislərin iştirak etdiyi kriptoqrafiya üzrə elmi-praktiki seminar və təlimdə iştirak edib.
Təlimlər ölkənin ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi ixtisası üzrə bakalavr təhsili alan tələbələr üçün xarici mütəxəssislər tərəfindən, AKTA üzvü olan, Türkiyə “Unifybytes” şirkətinin dəstəyi ilə Azərbaycan Texniki Universitetində ingilis dilində keçirilib.
BMU-nun Komputer və İnformasiya Texnologiyaları kafedrasının müəllimi Gülbiçə Zahidovanın rəhbərliyi ilə tələbələrin qatıldığı təlimin sonunda 14 ali təhsil müəssisəsini təmsil edən 56 tələbə/kursantın iştirakı ilə kriptoqrafiya sahəsi üzrə “CTF yarışı” həyata keçirilib.
Tələbələrdən ibarət 4 nəfərlik komandalar yarış çərçivəsində kriptoqrafiya sahəsində müxtəlif mövzular üzrə verilən tapşırıqları 3 saat ərzində həll ediblər.
Yarışın sonunda AKTA rəhbərliyi və dəvətli qonaqlar tərəfindən qaliblərə və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi