BMU tələbələri “Azercell Telecom” MMC-də ekskursiyada olub

07 May 2024
BMU tələbələri “Azercell Telecom” MMC-də ekskursiyada olub

Bakı Mühəndislik Universitetinin (BMU) radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi “Azercell Telecom” MMC-də ekskursiyada olub.

Universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının əməkdaşları-dosent Elçin Gözəlov və  baş müəllim Fəxrəndə Məmmədovanın rəhbərliyi ilə baş tutan ekskursiyanın əsas məqsədi  tələbələri MMC ilə əyani tanış etmək, eləcə də mütəxəssislərdən mobil rabitə sistemlərinə aid biliklər almaq, onların tövsiyələrini dinləmək olub.

“Azercell Telecom” MMC-nin Şəbəkə texnologiyaları departamentinin Keyfiyyətə nəzarət və hesabat bölümünün rəhbəri Rövşən Məmmədov tələbələrə strukturla bağlı zəruri bilgiləri çatdırdıqdan sonra mobil rabitənin təşkili haqqında geniş təqdimatla çıxış edib. Təqdimat zamanı mobil rabitənin təşkil olunması, şəbəkə elementləri, iş prinsipi, müxtəlif texnologiyalar, onların inkişaf tendensiyası və üstünlükləri, ən son texnoloji yeniliklərin tətbiqi, müştərilərin artan tələblərinin qarşılanması mexanizmi kimi məsələrlə bağlı ətraflı məlumat verilib. Tələbələrə qurumun baza və ötürücü stansiyaları, səs və verilənlər xidməti, şəbəkənin xidmət keyfiyyətinə nəzarət sistemləri haqqında da informasiyalar təqdim olunub, onları maraqlandıran suallar cavablandırıb.

Daha sonra tələbələr mobil operatorun struktur bölmələrində əməkdaşlar üçün yaradılmış şəraitlə, gələcəkdə onları gözləyən peşə imkanları ilə tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər