BMU-nun ən gənc ictimai təşkilatı olan Qadınlar Şurası fəaliyyətə başladığı gündən bir çox layihələr həyata keçirir. Layihə çərçivəsində Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül və şura üzvləri bir sıra tədbirlər təşkil edib ki, onların içərisində xeyriyyə aksiyyaları xüsusi yer tutur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi İnternat məktəbində təhsil alan 13 nəfər şagirdin gözlərini “Sultan Optik”də müayinə etdirən və eynəklə təmin edən ictimai təşkilat bu dəfə Ramazan ayı aksiyası keçirərək universitetin yerləşdiyi Abşeron rayonunda yaşayan, göz xəstəliklərindən əziyyət çəkən 15 nəfər yaşlı, aztəminatlı və tənha qadınlar seçilərək “Sultan Optik”də həkim müayinəsindən keçirilib. Onların müalicələri istiqamətində gözlərinin ölçüsünə uyğun eynəklərlə təmin olunublar.
Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül bildirib ki, rəhbərlik etdiyi təşkilat xeyriyyə aksiyası keçirməyə davam edəcək. Aksiyamız bir günlük olmasına baxmayaraq biz həmişə aksiyadan yararlanan insanları diqqətdə saxlayacağıq və onların problemlərini həll etməyə çalışacağıq.