BMU ilə ADTİ arasında təcrübə mübadiləsi

21 Noyabr 2025
BMU ilə ADTİ arasında təcrübə mübadiləsi

Özbəkistanın Andican Dövlət Texniki İnstitutu (ADTİ) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında təcrübə mübadiləsi aparılıb.

ADTİ nümayəndə heyətinin Azərbaycana bir həftəlik səfəri iki universitet arasında bu ilin may ayında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.

Səfər peşəkar təcrübə proqramının icrasına həsr olunub və qarşılıqlı akademik əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb. Proqram müddətində ADTİ nümayəndələri BMU-da mühazirələr təqdim etməklə yanaşı, universitetin tədris metodikası, innovativ təlim yanaşmaları və akademik idarəetmə sahəsində təcrübə mübadiləsi aparıblar.

Görüşlər zamanı tərəflər, həmçinin mühəndislik təhsili, laboratoriya-infrastrukturun səmərəli təşkili və gələcək birgə layihələrin icrası ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib, 2025-2030-cu illər üzrə yol xəritəsindən irəli gələn məsələlər, eyni zamanda birgə tədris proqramları, tələbə-müəllim mübadiləsi, elmi layihələrin icrası və texnoloji təşəbbüslərin inkişafı ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər