BMU-da Qadınlar Şurası və Nərgiz klinikası ilə birgə növbəti sağlamlıq aksiyası keçirilib. Universitetin Qadınlar Şuasının sədri Ətrabə Gül aksiya haqqında məlumat verərək bildirib ki, klinikanın həkimləri tərəfindən universitet əməkdaşlarının daxili orqanlarının ümumi müayinəsi aparılacaq.Tədbirdə universitetin prorektoru Bayram Hüseynzadə çıxış edərək aksiyanın təşkilinin faydalarından danışıb və təşkilatçılara təşəkkürünü bildirib. Nərgiz klinikasının baş həkimi t.e.d. Məlahət Qəhrəmanova klinika haqqında ətraflı məlumat verib. Bildirib ki, Nərgiz təbii üsullarla müalicə mərkəzi 2006–cı ildən fəaliyyət göstərir. Müalicə mərkəzində ən müasir texnologiya olan hidrokolonterapiya üsulundan istifadə etməklə mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri və digər xəstəliklər effektiv müalicə olunur. Baş həkim klinikanın güzəştlərindən danışıb və universitetin bir neçə əməkdaşına klinikanın güzəşt kartlarını təqdim edib.