BMU-nun tələbəsi Polşanın nüfuzlu universitetində

15 Avqust 2023
BMU-nun tələbəsi Polşanın nüfuzlu universitetində

Bakı Mühəndislik Universitetinin (BMU) təhsillərinin növbəti pilləsini xaricdə davam etdirəcək tələbələrinin sayı genişlənməkdədir. Bu sırada yer alan tələbələrdən biri - universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Turan Əliyev magistratura səviyyəsi üzrə Polşanın nüfuzlu universitetlərindən biri olan Maria Curie-Sktodovska Universitetində təhsil alacaq. O, sözügedən ali təhsil müəssisəsinin "Materials chemistry" ixtisasına daxil olub.

2019-2020-ci tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasına 500 balla daxil olan T.Əliyev 2023-cü ildə bakalavriat səviyyəsini ümumi orta müvəffəqiyyət göstəricisi 78.75 balla tamamlayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər