Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatı (TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı keçirilən yubiley tədbirində təltif edilib.
Tədbirin açılışında Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Faiq Məmmədov və başqaları çıxış edərək ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildiriblər. Vurğulanıb ki, yaranan əlverişli şəraitdən bəhrələnən gənclər bu siyasət nəticəsində mühüm nailiyyətlər əldə edirlər.
Yubiley tədbirində ATGTİ-nin yeni loqosu və himni ictimaiyyətə təqdim olunub.
Daha sonra tədbirdə il ərzində fərqlənən TGT-lər, əməkdaşlığa görə müxtəlif qurumlar, televiziya kanalları və saytlar mükafatlandırılıb. Onların sırasında BMU-nun Tələbə Gənlər Təşkilatı da yer alıb. Təşkilat 2019-cu il ərzində ATGTİ nəzdində uğurlu fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi