BMU-nun sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrinin DİQQƏTİNƏ!

01 Oktyabr 2020
BMU-nun sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrinin DİQQƏTİNƏ!

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavr pilləsinə qəbul olmuş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan I kurs tələbələri oktyabrın 7-si tarixinədək Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalına müraciət edib qeydiyyatdan keçməlidirlər.

I kurs tələbələrinin bu portaldan qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən ediləcək. Nəticədə həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac qalmayacaq.

Nəzərə çatdıraq ki, 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin yenidən https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Həmin tələbələrin sistemdəki müraciətləri növbəti tədris ilinin payız semestri (yarımili)  üçün əsas götürüləcək və onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına oktyabrın 7-dən 20-dək müraciət etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://nk.gov.az/az/document/4381/

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər