Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası müqəddəs Qurban bayramı münasibətilə növbəti xeyriyyə aksiyası keçirib. Budəfəki tədbir universitetin texniki heyətinin işçilərini əhatə edib və Şura daha çox ehtiyacı olan işçilərə yardım göstərib.
Qeyd edək ki, universitetin ictimai-sosial həyatında aktivliyi ilə seçilən BMU-nun Qadınlar Şurasının fəaliyyətinin istiqamətlərindən biri də aztəminatlı ailələrə yardımların göstərilməsidir. Qurum indiyə qədər, həm universitet daxilində, həm də Abşeron rayonunda müxtəlif xeyriyyə aksiyaları gerçəkləşdirib.
İctimaiyyətlə əlaqələr şöbəsi