BMU-nun prorektoru ECAR layihəsi çərçivəsində Belçikada keçirilən tədbirlərdə iştirak edir

07 İyul 2023
BMU-nun prorektoru ECAR layihəsi çərçivəsində Belçikada keçirilən tədbirlərdə iştirak edir

Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Belçikanın Brüssel şəhərinə səfərdə iştirak edir.

Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse çıxış ediblər, eyni zamanda EFMD təşkilatının fəaliyyəti, təşkilatın beynəlxalq layihələrdəki böyük təcrübələri Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşülüb. Görüş ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də EFMD-in bu istiqamətdəki təcrübələri, o cümlədən dövri nəşrlərin müzakirəsi ilə yekunlaşıb.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən adıçəkilən layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayəndəsinin qatıldığı səfər çərçivəsində EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarların keçirilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər