BMU-nun prorektorları Erasmus+ layihəsi çərçivəsində İspaniyada təlim proqramında iştirak edib

25 İyul 2023
BMU-nun prorektorları Erasmus+ layihəsi çərçivəsində İspaniyada təlim proqramında iştirak edib

Bakı Mühəndislik Universiteti (BMU) “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən növbəti təlim proqramında təmsil olunub.

BMU-nun prorektorları - Vüqar Həsənov və Mikayıl Zeynalovun iştirak etdiyi səfərin məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsi olub.

Charles III Universitetində baş tutan təlim-seminarların ilk günündə İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresanın çıxışı dinlənilib, həmçinin İspaniya ali təhsil sistemində Konfransın yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimat nümayiş etdirilib. Bununla yanaşı, İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən sektorlararası münasibətlər və koordinasiyanın vacibliyi qeyd olunub.

Təlim çərçivəsində sual-cavab sessiyası təşkil olunub, xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılıb.

Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Avropa Komissiyasının maliyyə dəstəyi ilə gerçəkləşdirilir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Qalareya şəkilini seçin

Digər xəbərlər