BMU-nun professoru Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü seçilib

28 Dekabr 2023
BMU-nun professoru Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü  seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov Beynəlxalq Astronavtika Akademiyasında təmsil olunacaq.

Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü seçilən Vəli Hüseynova müvafiq diplom Akademiyanın prezidenti, amerikalı fizik, akademik Con Şumaxer tərəfindən təqdim olunub.

Beynəlxalq Astronavtika Akademiyası 1960-cı ildə yaradılıb. Astronavtika və astrofizika sahəsində fərqlənən elm adamlarının üzvü olduğu nüfuzlu təşkilatın əsas missiyası astronavtikanın dinc məqsədlər üçün inkişafını, beynəlxalq əməkdaşlığı və bilik mübadiləsinin təşviqini həyata keçirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər